Xaricde Tehsil

Şirkətimiz tərəfindən xaricdə təhsil alan bütün tələbələr üçün qarşılama yerləşdirmə xidməti mövcuddur. Bu xidmət ödənişlidir xidmətin ödənişi ölkəyə görə 100 manatla 200 manat arası dəyişməkdədir. Standart xidməti müqavilə zamanı qarşılama yerləşdirmə xidmətimizə daxil edilir.

Tələbə öz istəyi ilə bu xidmətdən imtina edərək bu ödənişi ödəməkdən imtina edə bilər belə olduğu halda tələbənin yalnız qəbulu şirkət öhdəliyində olur.

Bizimlə müqavilə zamanı qarşılama yerləşdirmə xidməti mövcud olduğu halda öhdəliklərimiz aşağıdakılardır.


. Qarşılama Yerləşdirmə Xidməti

8.1 İcraçə tərəf qarşılma yerləşdirmə xidmətini öhdəliyinə götürdüyü halda bu proses aşağıdakı qaydada aparılır.

8.2 Qarşılama yerləşdirmə prosesinə tələbənin gedəcəyi ölkədə qarşılanması daxildir.

8.3 Qarşılama yerləşdirmə prosesinə tələbəyə gedəcəyi ölkədə qalacaq yerin tapılması daxildir.

8.4 Qarşılama yerləşdirmə xidməti zamanı tələbənin gedəcəyi ölkədə sığorta, vergi və yataqxanaya qeydiyyat edilməsi icraçı tərəfindən edilir və bu prosesə görə ölkədən asılı olaraq sifarişçidən 60-180 AZN əlavə ödəniş alınır.