Xaricde Tehsil

Bizimlə müqavilə bağlamış tələbələrin sənədləri tərəfimizdən tərcümə, notarial təstiq və apostil edilir. Sənədlərin universitetə göndərilməsi və universitetdən tələbənin qəbul edildiyinə dair arayışların xaricdən gətirilməsi şirkətimiz tərəfindən həyata keçirilir.

Xaricdə təhsil zamanı hər bir ölkə üçün ayrı ayrılıqda sənədlər toplanır, yəniki hər bir ölkənin öz qayda qanununa uyğun tələb edilən sənədlər siyahısı var. Siz bu sənədlərlə saytımızın müvafiq bölmələrindən tanış ola bilə.

Sənədlərin hazırlanması proseduru aşağıdakı mərhələlərdə aparılır.

Birinci mərhələdə bizimlə müqavilə bağlanır.

Şirkətimizlə müqavilə bağlanarkən bütün sənədlərin hazır olması önəmli deyil tələbə və yaxud tələbənin hər hansısa bir yaxını ofisimizə tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb universitet seçimlərini və ixtisas seçimlərini edib bizimlə xaricdə təhsil müqaviləsi bağlaya bilər. Bağlanmış müqaviləyə əsasən şirkətimiz tələbənin adını şirkətin elektron nəzarət portalına daxil edir.

İkinci mərhələ sənədlərin tamamlanması.

Müqavilə bağlandıqdan sonra tələbənin öhdəliyi çatışmayan sənədləri bizə təqdim etməkdir. Sənədlərin tamamlanması proseduru sənəddən asılı olaraq bir neçə aya qədər çəkə bilər. Müqaviləsi olan tələbələr üçün hər hansısa sənədin gec təqdim edilməsi problem deyil. Hətta attestat belə olmasa tələbə universitetdə təhsil aldığı ilk 20 gün müddətində attestatını və digər əksik sənədlərini universitetə təqdim edə bilər. İstənilən halda bizim xaricdə təhsil mütəxəsisləri sənədlərin hazırlanması prosedurunda sizə yaxından kömək edəcək.

Üçüncü mərhələ kesin kayıt

Qəbul işləmi bitmiş tələbə və yaxud tələbənin hər hansısa nümayəndəsi kəsin kayıt işlərini bitirmək üçün universitetə gedir. Kəsin kayıt prosedurunda tələbənin illik təhsil haqqı ödənir və artıq tələbəyə universitetin tələbəsi olduğuna dair öğrenci belgesi (arayış) verilir. Bu mərhələdən sonra tələbə dərslərinə uğurla başlaya bilər. Kesin kayıt işlərini tələbənin verdiyi etibarnamə əsasında şirkətimiz edə bilər.

Dördüncü mərhələ sağlamlıq sığortası (əyanilər üçün)

Xaricdə əyani təhsil alan hər bir tələbə sağlıq sığortası ilə sığorta edilməlidir. Sağlıq sığortası həm tələbənin sağlamlığı həmdə həmin ölkədə (oturum izni) qeydiyyata düşməsi üçün önəmlidir. 

Beşinci mərhələ yataqxana qeydiyyatı (əyanilər üçün)

Hər bir əyani tələbə xaricdə qalacağı ev və ya yataqxanada qeydiyyata düşməlidir.