Educational company abroad Educational company abroad Educational company abroad Educational company abroad

İtmiş Attestatın Bərpası

İtirilmiş attestatı necə bərpa etmək olar?

Attestat

İtirilmiş attestatı bərpa etmək üçün siz mütləq şəkildə 3 quruma müraciət etməlisiniz.

  • Bunlar Oxuduğunuz orta məktəb
  • Müəllimlər qazeti
  • Bakı şəhər baş polis idarəsi tapıntılar bürosu

İtmiş attestatın bərpası proseduru aşağıdakı qaydada aparılır.

  1. Oxuduğunuz məktəbə Attestatın itməsi ilə bağlı ərizə ilə müraciət edirsiniz.
  2. Oxuduğunuz məktəbdən Bakı şəhər baş polis idarəsinin tapıntılar bürosuna təqdim etmək üçün arayış alırsınız.
  3. Təxminən 10 gün sonra Bakı şəhər baş polis idarəsinin tapıntılar bürosundan itmiş Attestatın tapılmaması barədə arayış alırsınız.
  4. Azərbaycan Müəllimlər qazetinə itmiş attestatın etibarsız sayılması barədə elan verirsiniz.
  5. Müəllimlər qazetindən attestatın itməsi ilə bağlı dərc edilən tirajı alırsınız.
  6. Bakı şəhər baş polis idarəsinin tapıntılar bürosundan aldığınız arayış və Müəllimlər qazetindən aldığınız tirajla Attestatı aldığınız orta məktəbə müraciət edirsiniz.
  7. Bundan sonrakı proses oxuduğunuz orta məktəbin üzərinə düşür. Sizin təqdim etdiyiniz BŞBPİ -nin tapıntılar büosunun arayışı və Müəllimlər qazetinin elanını, Təhsil nazirliyinə təqdim edərək yeni dubilkat attestat almaq orta məktəbin üzərinə düşür.
  8. Nazirlik attestatı orta məktəbə göndərərkən boş attestat göndərir. Attestatı doldurub möhürləyib sizə vermək prosesini orta məktəb həyata keçirir.

Azərbaycanda itmiş attestata görə yalnız bir dəfə dubilkat çıxarılması mümkündür. Odurki Attestatınızı itirməməyi tövsiyyə edirik.

Siz SET Şirkətinin hüquqi yardım xidmətlərindən istifadə edərək itmiş attestatın bərpası prosedurunda daha tez nəticə əldə etmək üçün yararlana bilərsiniz.

Əgər itmiş attestatın bərpası üçün set şirkətinə müraciət etsəniz yuxarıda sadalanan prosedurları daha sürətli və asan şəkildə keçə bilərsiniz.

Attestat bərpası üçün sizdən yalnız 1 ədəd etibarnamə tələb edilir. 

Attestatı itirmiş tələbələrin xaricdə təhsil alması mümkündür. daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Mob: 050-777-22-66  (WhatSapp var)
Tel: 012-409-22-66


QƏBUL MƏRHƏLƏLƏRİ

  • Universitetə müraciət ərizəsi
  • İxtisas seçimi
  • Dəvətnamə almaq
  • Vizanın rəsmiləşdirilməsi
  • Universitetə qəbul üçün müsahibə
  • Universitetlə müqavilənin bağlanması
  • Yataqxanaya yerləşdirilmə
  • Təbrik edirik! Xoş gəldiniz!